BURA / ORA
ABŞ arxeoloqları Peloponnese yarımadasında 3500 illik məzar abidələri tapıb Tarix : 23 Dekabr 2019, 11:30
Yazar : Qadinkimi.com
Amerika Birləşmiş Ştatlarının (ABŞ) arxeoloqları Yunanıstanın Peloponnese yarımadasında 3500 illik kral ailəsinə məxsus 2 monumental məzar daşı kəşf edib.

Yunanistan Mədəniyyət Nazirliyi çərşənbə axşamı günü abidə məzarların Miken sivilizasiyası dövrünə aid tarixi sarayın yaxınlığında tapıldığını açıqlayıb.

Peloponnese yarımadasında tapılan abidə məzara aid əsər  

Nazirlik  hər iki türbənin günbəz formalı tavanının antik dövrlərdə çökdüyünü, çöküntülərin torpaq və daşla dolduğunu, buna görə də soyğunçular tərəfindən talan edilə bilmədiyini deyib. Tapılan qəbirlərin ən böyüyünün diametri 12 metr, daş divarların uzunluğu isə orijinal uzunluğunun yarısı, 4 yarım metr idi.
 

Peloponnese yarımadasında tapılan abidə məzar

İnşasından sonra uzun müddət ayaqda qalması səbəbiylə məhv olduğu düşünülən məzarlarda qızıl bir möhür üzüyü və qədim Misir ilahəsinə məxsus qızıl amuletin tapıldığı bildirildi. Arxeoloqlar tapılan əşyaların Tunc dövrünün ticari və mədəni əlaqələrinə işıq saldığını hesab edirlər.

Mütəxəssislərə görə abidə məzarlar Yunanıstan Miken sivilizasiyasının erkən dövrünə dair verdiyi məlumatlardan dolayı çox əhəmiyyətlidir.

Miladdan əvvəl 1650-1100-cü illər arasında yaşanan Miken sivilizasiyası dönəminin Troya müharibəsi də daxil olmaqla bir çox qədim yunan mif və əfsanələrinin mənbəyi olduğu hər birimizə məlumdur.
 
 

 
qadinkimi.com