FEMİNİZM, HÜQUQLARIMIZ
5 dekabr - Dünya Qadın Haqları Günü - Atatürkün qərarı -TARİX Tarix : 05 Dekabr 2019, 16:27
5 dekabr - Dünya Qadın Haqları Günü - Atatürkün qərarı -TARİX 

5 dekabr - Dünya Qadın Haqları Günüdür Türkiyədə 1934-cü il dekabrın 5-də Mustafa Kamal Atatürk tərəfindən qadınlara seçmə və seçilmə haqqı verilib. 

O tarixdən bəri bu özəl gün Türkiyə və dünyada Dünya Qadın Haqları günü kimi qeyd edilir. Türkiyə dünyada qadınlara ən erkən seçmə və seçilmə haqqı verən ölkələr arasında yer alır.

Bu xüsusi gün qadınların daha insani şərtlərdə yaşama haqlarının dilə gətirildiyi mübarizə və birlik günü hesab edilir. 

Bu tarix qadın problemlərinin gündəmə gətirilməsi, bu mövzuda bir fərqlilik yaradılması və həll yollarının axtarılmasında önəmli bir gündü. 

Dünya Qadın Haqları Gününün təməli Olimpiya de Qujun (Olympe de Gouges) yazdığı "Qadın və Qadın Vətəndaş Haqları Bəyannaməsi” ilə qoyulub.

Fransada 1791-ci ildə "İnsan və Vətəndaş Haqları Bəyannaməsi” yayımlanır. Burada "insan" yerinə kişi anlamına gələn "homme-man” kəlməsi işlənir. Olimpiya buna etiraz edərək bir neçə gün sonra müəllifi olduğu "Qadın və Vətəndaş Haqları Bəyannaməsi”nə 10-cu maddəni əlavə edir.   

5 dekabr 1934-cü ildə Türkiyədə qadınlara seçmə və seçilmə haqqı verilən zaman dünyada qadınların bu haqqa sahib olduğu ölkə sayı 28 idi.

Amma bu haqdan cəmi 17 ölkənin qadınları istifadə edə bilirdi. 

Qeyd edək ki, Fransa 1944, İtaliya 1945, Belçika 1960, İsveçrə isə 1971-ci ildə qadınlara seçki hüququ tanıyıb.

Türkiyədə qadınların seçmə və seçilmə hüququ əldə etdikləri tarixdən bir il sonra gerçəkləşən ilk seçkilərdə parlamentdə 395 vəkilin yalnız 18-i qadın idi. Bununla Türkiyə dünyada ikinci yeri tuturdu. 

85 illik mübarizədən sonra bu gün Türkiyə parlamentində 600 millət vəkilinin sadəcə 102-si (17%) qadındır. 

Bu rəqəmlə Türkiyə dünyada 118-ci yerdədir. İsveçrədə isə qadınların parlamentdə təmsili 42%-dir.

1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edilib. Bununla Azərbaycan şərqdə qadınlara seçki hüququ verən ilk ölkə olub. 
Bu gün Azərbaycanda Milli Məclisdə təmsil olunan qadın deputatların sayı 20-dir (16,8%). 

Xumar Hüseynova
qadinkmi ( saytdan oxuyun)