UŞAQ / BÖYÜK
4 İyun - Günahsız Uşaqlar Günü necə yarandı Tarix : 08 İyul 2018, 16:11
Yazar : Qadinkimi.com

Bu gün 4 İyun Günahsız Uşaqların Beynəlxalq Müdafiə Günüdü. Qərar 1982-ci il 19 avqustda təcavüzün qurbanı olan günahsız uşaqların xatirəsinə əsasən BMT-nin Baş Assambleyasının plenar iclasında qəbul edilib.

İyunun 4-də İsrailin Livana hücumu nəticəsində dinc sakinlər və saysız uşaq həlak olub. Beyrut və bir sıra digər yaşayış ərazilərinə aviasiya hücumu qanlı sonuclara səbəb olub. 4 İyun bu hücumun ildönümüdü. YUNESKO-nun icraçı direktoru Henrietta For öz çıxışında bunları deyib:

"Müharibə edən tərəflər uşaqlara qarşı bütün mümkün sərhədləri keçir. Mən uşaqlara qarşı hərbi əməliyyatları dayandırmağa çağırıram. Müharibənin qanunu belədir və onu pozan tərəf məsuliyyətə cəlb olunmalıdır".

BMT uşaqlara qarşı altı ən geniş yayılmış hüquq pozuntularını qeyd edir:

Uşaqların yığılması və hərbi əməliyyatlarda istifadə edilməsi.

Qətl.

Cinsi zorakılıq.

Oğurlanması.

Məktəblərə və xəstəxanalara hücum.

Uşaqlara humanitar yardım edilməsindən imtina.

Bu günün məqsədi:

"Dünyanın bütün ağrı və iztirabını çəkən uşaqların necə mənəvi-ruhi, fiziki zorakılığa məruz qaldığını hiss etmək".

Təəssüf ki, ağrı və iztirab uşaqların həyatından çıxmır. Şərqdə hərbi əməliyyatlar başlayandan sonra bu dəhşətlər Ukraynanın bir hissəsinə də aid olub.

Ukraynada bu gün də günahsız uşaqlar əziyyət çəkirlər.

Müharibə artıq Ukraynada dörd ildi davam edir. Bu ilin mart ayının sonuna olan vəziyyətə görə Donbassda hərbi əməliyyatlar nəticəsində 242 uşaq həlak olub. Son hadisələrdən biri - Toretska Darya Kazimirova, mina şəhərində öldürülən 15 yaşlı məktəbli qızdı.

Hərbi əməliyyatlar başlayandan Donbassda 56 uşaq itkin düşüb. Bununla yanaşı, onlardan 33 nəfəri indiyədək axtarışdadı. BMT-nin Uşaq fondunun, (UNICEF) məlumatına görə 200 min şagird müharibə şəraitində məktəblərə getmək məcburiyyətində qalıb.

"Uşaqlar elə məktəblərdə oxuyurlar ki, güllələrdən divarları deşik-deşikdi, pəncərələr qumla dolu kisələrlə örtülüb. Həyətlərində isə mərmi qırıntıları qalır. Ukraynanın şərqində təhsil sistemi artıq dörd ildir çarpaz atəşlər altındadı", - Ukraynada UNICEF nümayəndəliyinin başçısı Covanna Barberis bildirib.

UNICEF ən azı səkkiz hal qeydə alıb. Hərbi obyektlər və silahlı qrupların 500 metr aralığında olan uşaq bağçası və məktəb yerləşir. İki yerdə isə onların yalnız bir neçə metrliyində məktəb var.

Onu da əlavə ediblər ki, uşaqlar üçün daimi təhlükə var. Donbassın ikiyə bölünməsi ilə  hər iki tərəfində yerləşən hərbi obyektlər, xüsusilə hərbi sursat anbarları və sərhəd-keçid məntəqələri yerləşir.

"Müharibə  üzündən planım yoxdur"

Müharibə uşaqları uşaqlığını belə məktublar yazmaqla keçirir:

"Atamla balıq ovuna getmək istəyirəm, amma daima atəş altındadı qəsəbəmiz. Valideynlərim hətta həyətə buraxmırlar, qorxurlar".

Uşaqlar təcavüzdən çox əziyyət çəkir. Bu faktdır. Günahsız uşaqlar. Onsuz da günahlı uşaq olmur. İllərdi "savaşlara yox" mesajları verilsə də dünyanı uşaqlar üçün gözəl yerə çevirə bilmir insanlıq. Nə sirdisə Azərbaycanda Füzuli rayonu Alxanlı qəsəbəsində də ayın 4 -ü, bir ay fərqlə İyulda 14 aylıq körpə öldürüldü. Zəhra Quliyeva erməni silahlı qüvvələri tərəfindən nənəsi Sahibə Quliyeva ilə birgə 2017-ci il 4 İyulda qətlə yetirilib. Uşaqlarımıza güvənli bir dünya qurmaq üçün hər birimiz çalışaq.

qadinkimi.com , 112.ua