YAZI / DÜŞÜNCƏ
Pozitiv olmaq bacarağı Tarix : 26 Avqust 2020, 08:29

Pozitiv olmaq bacarağı – çətinliklərlə gülərək mübarizə aparmaq kimi mükəmməl bacarıqdır. Siz fikir vermisiniz ki, pozitiv insanlar hamının xoşuna gəlir? Onlarla hamı deyib gülmək istəyir, yığıncaqların ürəyi də məhz onlar olur.

 

Lakin fərqli insanlar da var və onlar çoxluq təşkil edirlər. Onlara hər yerdə rast gəlirik: narazı üzlərlə gəzir, gülmür və daim kədərlidirlər. Əgər siz özünüzü onların arasında tapdınızsa, bu heç də yaxşı əlamət deyil.

Pozitiv insanlar ətrafla daha asan dil tapırlar və həyatda daha uğurlu olurlar. Neqativ fikirləşməyi hamı bacarır, lakin neqativdə pozitivi hamı tapa bilmir. İtkidə

 və uğursuzluqlarda müsbət tərəfləri görməyi bacarın.

Stressdən uzaq olmaq üçün pozitiv olun | Frame.az

 

 

İşdən çıxarılmaya yeni sahələrdə özünüzü sınamaq fürsəti kimi dəyər verin. Münasibətlərin dağılması – daha yaxşı biri ilə münasibət qurmaq imkanıdır. Təcrübə göstərir ki, bir çox xoş olmayan hallar yaxşılığa doğru olur, yeni uğurlara təkan verir.

Güclü və pozitiv insanlar həmişə müsbət tərəfləri tapa bilirlər. Zəiflər isə bu vəziyyətlərin yükü altından əzilirlər.

 

Pozitiv olun! Tənqid əhvalınızı korlamamalıdır. Əgər tənqid məhsuldardırsa, bu zaman o inkişaf üçün məsləhət kimi qəbul olunmalıdır. Bu həyatda daha uğurlu olmağa və inkişaf etməyə səbəbdir. Lakin neqativ tənqid də olur. Əgər doğru olmadığına əminsinizsə, bu sadəcə paxıllıqdır niyə kefinizi pozursunuz? Tənqidi düzgün qəbul edin.

Diqqətli olun! Ətrafınızda olanlarda müsbət nəsə var. Gözəllikləri özümüz tapa bilərik.

 

Zamanın idarə olunması > Həyatını Asanlaşdırmaq İstiyənlərə 10 ...

 

 

Mənbə: Müasir Psixologiya Mərkəzi

 


 

qadinkimi.com