QADIN / KİŞİ
"Dördüncü arvad" və gözəllik kraliçası Tarix : 24 İyul 2020, 13:02
Belçikada yanvar ayında keçiriləcək "Miss Belgium 2021" gözəllik yarışmasının namizədlərindən biri olan Mehdiyə Kərimi qeyri-adi həyat hekayəsi ilə bütün dünyanın müzakirə mövzusuna çevrilib.

Moderator.az xəbər verir ki, 50 yaşlı bir adamın dördüncü arvadı olmaqdan son anda qaçaraq xilas olan 19 yaşlı gənc qız gözəllik kraliçası olmağa namizəd seçilib.

Əfqanıstanın Məzari-Şərif şəhərində yaşayan gənc qızın İran, Türkiyə ve Egey Dənizi üzərindən Avropaya uzanan macərası, 14 yaşında olarkən atasının öldürülməsindən sonra başlayıb.
 
Şəhərdə güc və var-dövlət sahibi olan 50 yaşlı bir kişi 14 yaşlı Mehdiyəni dördüncü arvadı olması üçün atasından istəyib. Ancaq atası buna razılıq vermədiyi üçün bir müddət sonra müəmmalı şəkildə öldürülüb.

Atasının öldürülməsindən sonra anası uşaqlarının təhlükəsizliyi üçün bütün dəyərli əşyalarını sataraq Mehdiyəni və 21 yaşlı oğlunu ölkədən çıxarmaları üçün insan qaçaqmalçılarına verib.
Ölkədən çıxarılan Mehdiyə və qardaşı 40 - 50 nəfərlik qrupla birlikdə əvvəlcə İrana, oradan da Türkiyəyə gəlib. Bu müddət ərzində gecələr qadın və kişilərin bir-birindən ayrı qaldığını söyləyən Mehdiyə qardaşı yanında olmadığı üçün qorxudan yata bilmədiyini söyləyib.
Türkiyədən plastik çəkmələrdə Egey Dənizinə keçən Mehdiyə və qardaşı boğulma təhlükəsi də daxil olmaqla bir çox macəradan sonra Yunanıstana gəlib. 2016-cı ildə Belçikaya gələn qardaş-bacı 1 il qaçqın düşərgəsində qalıb. Belçika hökuməti qardaşına sığınacaq versə də, Mehdiyənin hekayəsinə inanmayaraq onu sığınacağa qəbul etməyib.

Belçikaya gəldiyi zaman 15 yaşında olduğunu, ancaq rəsmi orqanların apardığı testlərdə yaşının 18 kimi göründüyü üçün sığınacaqda qala bilmədiyini söyləyən gənc qız bir müddət sonra sığınacağa  qəbul olunub.

Dil kurslarından sonra orta təhsilə başlayan Mehdiyə Əfqanıstanda gözəllik yarışmasının reklamını görüncə müraciət edib və gözəllik kraliçası olmaq üçün namizəd seçilib.

Verilən fürsətlərdən yararlanmaq istədiyini söyləyən gənc qız  "Gözəllik kraliçası tacını taxa bilsəm, bütün qaçqınlara örnək olacam. Qaçqınlar qorxulacaq insanlar deyil" deyib.


 
 
 
qadinkimi.com