BURA / ORA, YAZI / DÜŞÜNCƏ
RUHUNUZU MÜVƏQQƏTİ DƏ OLSA, AZAD EDİN... Tarix : 14 Noyabr 2019, 13:27
Yazar : Qadinkimi.com
İnsan psixikasına, ruh aləminə müxtəlif vasitələrlə təsir etmək mümkündür. Həssaslıq səviyyəsindən asılı olaraq sözlə yüksək əhval-ruhiyyə yaratmaq, həvəsləndirmək, həyata maraq oyatmaq, bir – neçə sözlə insanı ruhdan salmaq, həyatdan küsdürmək də olar.
 

Musiqinin də insan orqanizminə möcüzəvi təsiri hər kəsə bəllidir. Musiqi insanda müxtəlif duyğular yarada bilir. Milli musiqi enerji mənbələrinin aktivləşməsinə səbəb olursa, etnik musiqilər rahatlaşmağa, dincəlməyə kömək edir, Klassık musiqinin isə beynin fəaliyyətinin artmasına və informasiyanın tez bir şəkildə qavranılmasına kömək olduğu hesab edilir. Dinlədiyimiz musiqilər düşüncə və təsəvvürümüzə - emosional halımıza təsir gösrtərir. Sinir sisteminə təsir edən musiqi fərqli effektlər yarada bilər. Ürək ritminin bərpa edilməsinə müsbət təsir göstərən sakitləşdirici musiqilər var. Sözlər diqqəti dağıdır, ona görə sözsüz musiqilər dinləmək də faydalıdır.
 

Ruhunuzu oxşayan musiqi dinləyirsinizsə, ürəyinizin qan damarlari 26 dəfə genişlənir. Qəlbi riqqətə gətirən, xoş, anlada bilmədiyim duyğular oyadan, gözəlliyi görməyə və gözəl görməyə vasitəçi olan, duymağa ruhlandiran, təmiz, saf düşüncələri olduğu kimi anlamağa sövq edən, möhtəşəm və üşənməyən saf hisslər yaradandi musiqi. Səhər ruhumuzu –özümüzü hansı musiqiyə "köklemişikse" bütün gün ərzində elə "səslənəcəyik"- düşünürəm. Nikbinliyə meyl ruhundayıqsa, mülayim, mehriban oluruq. Bəlkə sevınc payını özümüz yaradaq ruhumuzda. Hər gün səhərimizi musiqi ilə açaq. O zaman anlamaq da çətin olmaz ki, ruhumuz müvəqqəti də olsa, azaddir.
 


Gözəl müsiqi sədaları altında rəqs etmək də əhvalınıza enerji yükləyir. Rəqs edən insanların beyni daha yaxşı işləyir, sağlam olur. Rəqs beyinə müsbət təsir göstərir. rəqslə nevroloji sağlamlıq arasında əlaqə var, əsəbləri sakitləşdirir, ruhu tənzimləyir, bərpa edir... Müsiqi gözəllikdir. Həyatınızın musiqisini dinləyin.
 
 

Yeganə İsgəndərova, psixoloq, jurnalist
 qadinkimi.com