BURA / ORA
100 yaşlı Lilian Veberin ibrətamiz hekayəsi Tarix : 05 İyul 2019, 22:28
Yazar : Qadinkimi.com

Gördüyünüz bu yaşlı, təqaüdçü qadının adı Lilian Veberdi. Amerikanın Ayova əyalətində yaşayan 100 yaşlı Lillian Veber həmyaşıdlarından fərqli olaraq ehtiyacı olan afrikalı qız uşaqları üçün paltar tikib göndərmək kimi xeyirxah işləri ilə yaddaşlarda qalıb.


  

 

Lilian Veberin həyatını izlədiyi Afrikalı uşaqlar haqqındakı sənədli film dəyişdirdi. Yaşlı qadın bu sənədli filmi izləyib çox təsirlənir 80 yaşdan yuxarı qadınlardan ibarət bir komanda qurur. 2011- ci ildə "Biz Afrikalı qadınlara tək paltar yox, eyni zamanda ümid tikirik!" devizi ilə "Afrika üçün kiçik geyimlər"adlı layihəyə başlayır. Günə bir paltar tikərək, öz 100 illik yubileyinə qədər 1000 ədəd paltar tikməyi hədəfləyən bu xeyirxah qadın 100 yaşı tamam olduqda 1051 ədəd paltar tikərək məqsədinə nail olur.  Yaşlı qadının tək arzusu, Afrikalı uşaqların onun tikdiyi bu paltarları geyərək xoşbəxt olmaları idi. Lilian hər bir paltarı tikərkən bənzərsiz etməyə çalışır ki, balaca qızlar öz geyimləriylə fəxr edə bilsinlər. Paltarların bir çoxu standart modeldə tikilsə də, heç biri digərini təkrarlamır. Və təəssüf ki, bu xeyirxah əməlli qadın 101 yaşında dünyasını dəyişir.  


               
 

Qadinkimi.com